YUKA Boya — Səthləri Yalnız Boyamır, Həyatınıza Rəng qatır!
AZ


YUKA ALÜMİNİUM BOYA - İstiyə Dayanıqlı Boyalar

Məhsul haqqında: İstiyə dayanıqlı xüsusi qətran əsasında hazırlanmış alüminium pigmentli boyadır.
Xüsusiyyətləri: Alüminium metalının antikorroziv və istilik dözümlülüyü xassələrini və xüsusi istiyə dayanıqlı qətranın xüsusiyyətlərini birləşdirən 200°C istiliyə qədər dözümlü boyadır.
Tətbiq sahəsi: İstiliyə məruz qala biləcək qara metal və qara metal tərkibli qarışıq ərinti səthlərdə istifadəyə uyğundur.
Tətbiqi: Tətbiq olunacaq səthlər çirk, toz və yağ hissəciklərindən təmizlənməli və quru olmalıdır. İstifadəyə hazırdır. Boyanı tətbiqdən öncə yaxşı qarışdırmaq tövsiyə olunur. İkinci qatın tətbiqi normal hava şərtlərində 3-4 saat sonra məsləhət görülür.
Sərfiyyat: 1 kg YUKA ALÜMİNİUM BOYA ilə tək qatda 10-12 m² sahə boyana bilər.
Saxlanma şərtləri: Birbaşa günəş işığı düşməyən, temperatur aralığı 5-35°C olan depolarda qapağı açılmamış orijinal qabında 3 il saxlana bilər.
Qablaşma şəkli: 0.28 kg, 0.75 kg, 2.5 kg, 15 kg.



  • Təhlükəzisizlik şərtləri:
    S 2 Uşaqların əli çatmayan yerdə saxlayın.
    S 3/7/9 Qutunu sərin depolarda qapağı bağlı saxlayın.
    S 16 Tezalışan maddələrdən və alov mənbələrindən uzaqda saxlayın.
    S 24/25 Fərdi mühafizə vasitələrindən istifadə edin, gözünüzü və dərinizi qoruyun.
    S 29 Kanalizasiyaya atmayın.
    S 46 Udulduğunda dərhal tibbi müdaxilə olunmalıdır.
    S 51 Yaxşı havalandırılan depolarda saxlayın.


Əlaqəli Məhsullar
YUKA MAT BOYA YUKA MAT BOYA
Sintetik Astar və Boyalar
YUKA PARLAQ BOYA YUKA PARLAQ BOYA
Sintetik Astar və Boyalar
YUKA SUTUT YUKA SUTUT
İzolyasiya Astarları