YUKA Boya — Səthləri Yalnız Boyamır, Həyatınıza Rəng qatır!
AZ


YUKAVERNIK - Taxta İşi üçün Astar və Laklar

Məhsul haqqında: Alkid qətran əsaslı, hava qurumalı son qat parlaq boyadır.
Xüsusiyyətləri: Mükəmməl mexaniki dayanıqlığa malikdir, yüksək qoruma dəyərlərinə sahibdir, elastikdir və səthin görünüşünü uzun müddət dəyişməz saxlayır.
Tətbiq sahəsi: Hər növ taxta, qara metal, beton və digər materialların rənglənməsi üçün son qat boya olaraq istifadə edilir.
Tətbiqi: Səth çirk, toz və yağ hissəciklərindən təmizlənməli və quru olmalıdır. YUKA PARLAQ BOYA tətbiq olunmamışdan əvvəl, səth uyğun astarla təmir edilməli, hamarlaşdırılmalı və əmiciliyi azaldılmalıdır. Daha sonra boya 15-20% YUKA SİNTETİK TİNER ilə durulaşdırılmalı və uyğun fırça, rulo və ya püskürtmə aləti ilə tətbiq edilməlidir. Boya 2 qat tətbiq edilməlidir. Qatlar arasında quruma müddəti 10-15 saatdır.
Sərfiyyat: 1 kg YUKA PARLAQ BOYA ilə tək qatda 10-12 m² sahə boyana bilər.
Saxlanma şərtləri: Birbaşa günəş işığı düşməyən, temperaturu 5-35°C olan depolarda, qapağı açılmamış orijinal qabında 3 il saxlanıla bilər.
Qablaşma: 0.75 kg, 2.5 kg, 12.5 kg.



  • Təhlükəzisizlik şərtləri:
    S 2 Uşaqların əli çatmayan yerdə saxlayın.
    S 3/7/9 Qutunu sərin depolarda qapağı bağlı saxlayın.
    S 16 Tezalışan maddələrdən və alov mənbələrindən uzaqda saxlayın.
    S 24/25 Fərdi mühafizə vasitələrindən istifadə edin, gözünüzü və dərinizi qoruyun.
    S 29 Kanalizasiyaya atmayın.
    S 46 Udulduğunda dərhal tibbi müdaxilə olunmalıdır.
    S 51 Yaxşı havalandırılan depolarda saxlayın.


Əlaqəli Məhsullar
YUKA TAVAN YUKA TAVAN
Su Əsaslı astar və boyaları
YUKA SUPER MAT BOYA YUKA SUPER MAT BOYA
Sintetik Astar və Boyalar
YUKABİNDER YUKABİNDER
Su Əsaslı astar və boyaları